Sorry, you need to enable JavaScript to visit this website.
DEXKETOPROFEN

Necə istifadə etməli

Dexalgin®-i kəşf edin

Dexalgin®-i effektiv şəkildə necə istifadə etməli, o necə kömək edə bilər və sizin üçün ən yaxşı forması nədir?

İstifadəsi

Dexalgin®, QSİƏP-lər  qrupuna aid olan, ağrıları azaldan və iltihaba qarşı təsir göstərən bir vasitədir.

DEXALGİN® əzələ ağrısı və ya oynaq ağrısı, ağrılı aybaşı (menstruasiya), diş ağrısı kimi yüngül və orta dərəcəli kəskin ağrının qısamüddətli simptomatik müalicəsi üçün istifadə olunur.

Yaşlı qadın çiynini tutub
Yaşlı qadın çiynini tutub
Qacan kişi
Qacan kişi

Dexalgin®-i niyə seçməlisiniz?

  • Müxtəlif növ ağrılara qarşı sübut edilmiş effektivlik.
  • 30 dəqiqə ərzində sürətli təsir etməyə başlayır.
  • Acqarına ac qarına qəbul etmək olar*
  • Sizin gündəlik həyatınıza və ehtiyaclarınıza uyğunlaşdırılmış müxtəlif formalarda mövcuddur.

* Qida ilə eyni vaxtda qəbulu preparatın sorulmasını gecikdirir, buna görə də kəskin ağrılar zamanı yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməsi tövsiyə olunur.

    Tabletələr

    • Hər 8 saatda 1 tablet (25 mq) və ya hər 4-6 saatdan bir yarım 25 mq tablet qəbul edin.
    • Gündəlik 3 tabletdən (75 mq) çox qəbul etməyin. Analgetik təsir 4 saatdan 6 saata qədər davam edir.
    • Kifayət qədər su ilə (tam stəkan) və ya daha sürətli ağrıkəsici təsir üçün acqarına qəbul edin.
    • Əgər siz yaşlısınızsa və ya böyrək və ya qaraciyər problemlərindən əziyyət çəkirsinizsə, gündə 2 tablet (50 mq)-dan çox qəbul etməməlisiniz.
    • Simptomları aradan qaldırmaq üçün ən aşağı effektiv dozanı ən qısa müddət ərzində istifadə etməlisiniz.
    • Əgər bir doza qəbul etməyi unutmusunuzsa, növbəti dozanızın vaxtı çatmadığı təqdirdə, onu xatırlayan kimi qəbul edin.
    Dexalgin preparatı
    Dexalgin preparatı

    Saşetlər

    Əgər tablet qəbul etməyi sevmirsinizsə, Dexalgin® saşetləri sınayın.

    • Hər 8 saatdan bir 1 saşe (25 mq) qəbul edin, gündə 3 saşedən (75 mq) çox olmamaq şərtilə.
    • 1 saşenin bütün məzmununu bir stəkan suda həll edin.
    • Qranulları həll etmək üçün yaxşıca çalxalayın/qarışdırın.
    • Oral məhlulu için.
    Dexalgin preparatı
    Dexalgin preparatı