Sorry, you need to enable JavaScript to visit this website.
Haqqında

Dexalgin®

Müxtəlif növ ağrılara qarşı sürətli təsir.

Kəskin Ağrı? Dexalgin®.

Dexalgin® nədir və işləmə mexanizmi necədir?

Dexketoprofen Dexalgin-in® aktiv tərkib hissəsidir. Bu, iltihabı, ağrıları, qızdırmanı azaltmaq üçün istifadə edilən qeyri-steroid iltihabəleyhinə prepartlardan biridir. O, ağrının mənbəyini hədəf alır, tez və effektiv ağrıkəsici təsir göstərir

Preparatın molekulu
Preparatın molekulu
Diz ağrısının təsviri
Diz ağrısının təsviri

Nə üçün istifadə olunur?

Dexketoprofen “Berlin-Chemie”- nin orijinal bir molekuldur və 18 yaşdan yuxarı böyüklər üçün yüngül və orta dərəcəli kəskin ağrının, məsələn, baş ağrısı, sümük-əzələ ağrısı, dismenoreya, diş ağrısı kimi qısa müddətli simptomatik ağrıların müalicəsi üçün göstərişdir.

Dexalgin® Böyüklər (18+) üçün sürətli və effektiv kəskin ağrıları aradan qaldırır və müxtəlif növ ağrılara qarşı kömək edir.

Dexalgin® sizin rahatlığınızın qayğısına qalır və hətta ac qarına da qəbul edilə bilər*

* Qida ilə eyni vaxtda qəbulu preparatın sorulma sürətini ləngidir, buna görə də kəskin ağrılar zamanı yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməsi tövsiyə olunur.

Hansı buraxılış formaları olur və necə qəbul oluna bilər?

Dexketoprofen sizin istəklərinizə qarşı diqqətlidir və ehtiyaclarınıza uyğunlaşdırılmış müxtəlif farmasevtik formalar təklif edir: tabletlər və saşelər.

Tablet qəbul edən qadın
Tablet qəbul edən qadın

    Tabletlər

    • Tabletlər iltihabəleyhinə təsiri sayəsində müxtəlif növ ağrılara qarşı sürətli və effektiv ağrıdan azadolamnı təmin edir: sümük-əzələt ağrısı, menstrual ağrı, diş ağrısı, baş ağrısı.
    • Təsiredici maddə olan dexketoprofen vaxt itirmədən ağrının mənbəyini hədəf alır və qəbuldan sonra 30 dəqiqə ərzində narahatlığınızı yüngülləşdirməyə kömək edərək dərhal təsirə başlayır.
    • Orqanizm tərəfindən yaxşı kecirilir.
    • 10 tabletlik paketdə mövcuddur.
    Deksalgin preparatı
    Deksalgin preparatı

    Saşetlər

    Tablet qəbul etməkdə çətinlik çəkənlər üçün çıxış yolu.

    • Poroşok suda tez həll olunur və məhsuldarlığınızı geri qaytara bilmək üçün sürətli rahatlama təmin edir.
    • Poroşokda güclü olmayan limon dadı hiss olunur.
    • Yeməkdən əvvəl qəbul edilə bilər.
    Dexalgin preparatı
    Dexalgin preparatı