Dexalgin® tablet 25 mg №10 – reseptsiz buraxılan iltihab əleyhinə dərman vasitəsidir.
DEXALGIN® - yüngül və orta dərəcəli ağrıların, məsələn, kəskin sümük -əzələ ağrılarının simptomatik müalicəsində istifadə edilən, tez təsir edən və effektiv ağrıkəsicidir.
Dexalgin® 25 mg apteklərdə örtüklü həblər formasında № 10 qablaşmalarda mövcuddur.
Dexalgin® –ümumi olaraq yaxşı kecirilir
Dexalgin® tabletləri kifayət qədər su ilə qəbul edilməlidir
Lakin, şiddətli ağrılar zamanı, tabletləri ac qarına qəbul edin, heç olmasza yeməkdən 30 dəqiqə əvvəl, çünki belə halda onlar tez sorulur.
Tez sorulması və uzunmüddətli təsirə malik olması səbəbindən hər 8 saatdan 1 tablet dən qəbul olunması kifayətdir.
Sutkada 3 tabletdən çox (75mq) istifadə etmək olmaz (3х25 mg, yəni 75 mg/sut.)
Yaşlı xəstələrdə və ya böyrək və ya qaraciyər xəstəlikləri olduqda müalicəni sutkada 2 tabletdən çox olmayan (2х25 mg, yəni 50 mg/sut.)ümumi doza ilə başlamaq lazımdır.
Lütfən, Dexalgin® preparatının içlik vərəqəsini oxuyun!
Simptomları nəzarət etmək üçün ən qısa müddət ərzində ən aşağı effektiv dozadan istifadə edərək yan təsirləri minimum səviyyəyə endirmək olar
Dexalgin® tablet uzun müddətli istifadə üçün nəzərdə tutulmur və müalicə simptomatik müddətlə məhdudlaşmalıdır. "
Dexalgin® preparatını hər zaman içlik vərəqəsində təsvir edildiyi kimi, yaxud həkiminiz və ya əczaçınız tərəfindən tövsiyə edilən qaydada dəqiqliklə qəbul edin. Əgər doza ilə əlaqədar şübhələriniz vardırsa, bunu həkiminiz və ya əczaçınızla dəqiqləşdirməlisiniz.