Dexalgin® tərkibindəki dexketoprofen sayəsində yüngül dərəcədən orta dərcəyə qədər intensivliyi olan ağrıların müalicəsi üçün istifadə edilir, məsələn, sümük-əzələ ağrılarında, ağrılı menstruasiyada (dismenoreya), diş ağrısında.
Ağrı – bədəndə xoşagəlməz və ya narahatlıq yaradan bir hissiyyatdır. Ağrının yaranması çox zaman problemin mövcud olmasından xəbər verir. Ağrı qəflətən və ya yavaş-yavaş başlaya, kəskin və ya xroniki ola bilər.
Kəskin ağrı
Kəskin ağrı qəflətən başlayır və adətən, keyfiyyətcə kəskin olur. Ağrı – xəstəlik və ya orqanizm üçün təhlükə barədə xəbərdarlıq rolunu oynayır. Kəskin ağrı aşağıdakı hallarda yarana bilər:
Kəskin ağrı yüngül ola və bir neçə dəqiqə davam edə, lakin həm də ağır ola və bir neçə həftə davam edə bilər. Kəskin ağrı, bir qayda olaraq, ağrını yaradan əsas səbəb aradan qaldırılmadığı müddətdə davam edir.
Lakin müalicə olunmamış ağrı xroniki ağrının yaranmasına səbəb ola bilər ki, bu zaman fərqli müalicə tələb olunur.
Dexalgin® yüngül və orta dərəcəli sümük-əzələ ağrılarının aradan qaldırılması üçün effektiv, tez təsir edən və bir qayda olaraq, orqanizm tərəfindən yaxşı keçirilən ağrıkəsicidir.
İltihab orqanizmin, onun toxumalarını zədələyən amillərə qarşı cavab reaksiyasıdır.
Kəskin iltihabın səciyyəvi əlamətləri aşağıdakılardır:
Qızartı və istilik zədələnmiş nahiyədə qan axınının artması səbəbindən yaranır, şişkinlik isə qan damarlarından sızan mayenin nəticəsidir.
İltihabın baş verdiyi yerdə, leykositlərin ifraz etdikləri maddələr ağrı reseptorlarının stimullaşma həddini azaldır və ya hətta onların özləri ağrıya səbəb ola bilir.
Yuxarıda sadalanan beş əlamət, xüsusən də ağrı, bədənin iltihablanmış hissəsinin hərəkətinə mane olur, beləliklə də onun funksiyasının pozulmasına və ya itirilməsinə gətirib çıxarır